Bakıda istirahət məkanlarına bilet satmaq adı altında 18 nəfərə dələduzluq edilib – VİDEO

Bakıda istirahət məkanlarına bilet satacağını deyərək dələduzluq edən şəxs saxlanılıb. Xəbər Experti xəbər verir ki, Bakı şəhərində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı Elvin Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, vətəndaşlara bazar qiymətindən ucuz avtomobil və ehtiyat hissələri, eləcə də müxtəlif istirahət məkanlarına bilet satacağını vəd […]

Mbappe dünya çempionatında tarixi rekorda imza atdı

Fransa millisinin kapitanı Kilian Mbappe DÇ-2026-nın bombardiri olub. Xəbər Experti xəbər verir ki, 27 yaşlı hücumçu mundialı 8 oyunda vurduğu 10 qolla başa vuraraq “Qızıl buts” mükafatına sahib çıxıb. “Opta”nın məlumatına görə, Mbappe dünya çempionatları tarixində bu mükafatı iki dəfə qazanan ilk futbolçu olub. Mundialın bombardirinə təqdim olunan “Qızıl buts” mükafatı ilk dəfə 1982-ci ildə […]

Ötən həftə 1 959,5 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə iyulun 13-dən 19-na qədər 28 tank əleyhinə mina, 200 piyada əleyhinə mina, 630 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Xəbər Experti-nin xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Məlumata əsasən, 1 959,5 hektar ərazi minalardan təmizlənib. Qeyd […]

Azərbaycanda “İstilik qurğularının quraşdırılması Qaydaları” təsdiqlənib

Energetika Nazirliyinin Kollegiyası “İstilik qurğularının quraşdırılması Qaydaları”nı təsdiqləyib. Xəbər Experti xəbər verir ki, bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb. Sənədə əsasən, qazanxana qurğularının quraşdırılmasına dair tələblər aşağıdakılardır: -qazanxana qurğuları tikinti layihəsi sənədlərinə və şəhərsalma və tikinti normalarının tələblərinə riayət edilməklə quraşdırılmalı; – qazanxanalar yanğın və partlayış təhlükəsizliyi tələblərinə, həmçinin sanitariya qaydaları və normalarının […]

İlham Əliyev İspaniyanın futbol üzrə dünya çempionu olması münasibəti ilə Kralı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik məktubu ünvanlayıb. Xəbər Experti-nin məlumatına görə, təbrikdə deyilir: “Əlahəzrət, 2026 FIFA Dünya Kubokunda İspaniya milli futbol komandasının möhtəşəm qələbəsi və ikinci dəfə dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Futbol üzrə dünya […]

Azərbaycanın BƏT-in bir sıra konvensiyalarına qoşulması üçün təkliflər hazırlanacaq

Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının (BƏT) bir sıra konvensiyalarına qoşulması üçün təkliflər hazırlanacaq. Xəbər Experti xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında qeyd olunub. Sənəddə bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2027-2030-cu illər ərzində Beynəlxalq Əmək Təşkilatının 184, 190 və […]

Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən “Kitab dayanacağı” istifadəyə verildi

“Azercell Telekom” MMC Şuşanın tarixi və ədəbi mühitinin təbliği, eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsi məqsədilə Şuşanın mərkəzində “Kitab dayanacağı”nı istifadəyə verib. Açıq hava kitabxanası konsepsiyasında yaradılan layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və “Aztelekom” MMC ilə tərəfdaşlıq çərçivəsində ərsəyə gəlib. Təşəbbüs Azercell-in ESG strategiyasına uyğun olaraq […]

“Sabah”ın rəqibi Bakıdadır

UEFA Çempionlar Liqasının 2-ci mərhələsində “Sabah”ın rəqibi olan “KuPS” Bakıdadır. Xəbər Experti xəbər verir ki, Finlandiya təmsilçisi çarter reysi ilə Azərbaycan paytaxtına gəlib. Bu gün onların matçın keçiriləcəyi “Masazır Arena”da məşqi nəzərdə tutulub. Xatırladaq ki, “Sabah”la “KuPS” arasında ilk oyun sabah Bakıda, saat 20:00-da başlanacaq. Bu komandalar arasında cavab matçı isə iyulun 28-də Finlandiyada keçiriləcək.

Vaqif Poeziya Günləri “Sözün Zəfəri – Zəfərin sədası” adlı konsert proqramı ilə yekunlaşıb

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri Şuşada “Sözün Zəfəri – Zəfərin sədası” adlı konsert proqramı ilə başa çatıb. Nazirlikdən bildirilib ki, Xurşidbanu Natəvanın evinin qarşısında təşkil olunan konsertdə Rauf Hacıyev, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Elza İbrahimova, Ələkbər Tağıyev, Oqtay Kazımi və başqa bəstəkarların əsərləri səsləndirilib. Proqramda eyni zamanda […]