Rövşən Rzayev vətəndaş qəbulu keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Xəbər Experti xəbər verir ki, bu barədə Komitə məlumat yayıb. Qeyd edilib ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir. Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa […]

Britaniyanın yeni XİN başçısı ilk telefon danışığını ukraynalı həmkarı ilə aparıb

Böyük Britaniyanın yeni xarici işlər naziri Ed Miliband ilk beynəlxalq telefon danışığını Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Andrey Sibiqa ilə keçirib. Xəbər Experti xəbər verir ki, bu barədə XİN başçısı Miliband “X” hesabında yazıb. Tərəflər Böyük Britaniyanın Ukraynaya dəstəyini müzakirə ediblər. Söhbət zamanı Britaniya naziri Londonun Kiyevə yardım göstərməklə bağlı dəyişməz kursunu təsdiqləyib.  […]

Arayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxışa başladı

İyulun 21-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik […]

Britaniya tamamilə elektron vizalara keçib 

Böyük Britaniya iyul ayından etibarən tam şəkildə elektron vizalara keçib, artıq vizalar  pasportlara yapışdırılmayacaq. Xəbər Experti xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, bütün viza məlumatları bundan sonra elektron formatda rəsmiləşdiriləcək, pasporta yapışdırılan viza stikerlərinin  verilməsi isə dayandırılıb. Lakin pasportda etibarlılıq müddəti bitməmiş vizalar səyahətlər üçün etibarlı hesab olunacaq.

Laçında iki fəslin inanılmaz görüşü

Laçın dağları növbəti dəfə təbiətin möcüzəsi ilə göz oxşayır. Yüksək dağlıq ərazidə çəkilən bu kadrda eyni anda iki fərqli fəslin nəfəsini hiss etmək mümkündür. Mənzərənin bir tərəfində hələ də əriməyən bəyaz qar örtüyü uzandığı halda, cəmi bir neçə metr aralıda tünd yaşıl otlar və təzəcə çiçəkləyən sarı dağ çiçəkləri boy gösterir. Ağla yaşılın bənzərsiz sərhəd […]

Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir

Berlində baş tutan danışıqların yekunlarına əsasən bu gün Prezident İlham Əliyev və Kansler Fridrix Merts tərəfindən imzalanmış Azərbaycan və Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə, iki ölkə arasındakı münasibətlərin daha əhatəli mərhələyə keçdiyini göstərir. Xəbər Experti xəbər verir ki, sənədin əhəmiyyəti təkcə əməkdaşlıq istiqamətlərinin genişliyi ilə deyil, ilk dəfə olaraq siyasi […]

“Vətənə xəyanət edən insanlara yazığım gəlir”

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə görüşmək üçün Berlində yerləşən “Villa Borsig” iqamətgahına gəlib. Görüşün keçirildiyi “Villa Borsig” iqamətgahının qarşısında Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Berlində yaşayan bloqger Tural Sadıqlının suallarını cavablandırıb.

Kamran Əliyev Kəlbəcərdə prokurorluq oraqanlarının xidməti fəaliyyəti ilə tanış olub

Baş prokuror Kəlbəcər rayon prokurorluğunda və Kəlbəcər hərbi prokurorluğunda olub, prokurorluq orqanlarının kollektivləri ilə görüş keçirərək onların xidməti fəaliyyəti, vəzifə borclarının icrası, maddi-texniki təminatı, iş və sosial-məişət şəraiti ilə yerində tanış olub. Xəbər Experti xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Səfər zamanı Baş prokurora prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətləri, o cümlədən vətəndaş […]

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar. Bu barədə 525.az xəbər verir. xxx Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Federal Kansleri Fridrix Merts Berlində mətbuat konfransı keçirirlər. Bu barədə Xəbər Experti xəbər verir

Ağcabədidə narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutulub

Laçında çətənə bitkiləri aşkarlanıb. Daxili İşlər Nazirliyinin Bərdə Regional Qrupundan verilən məlumata görə ,Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 51 yaşlı Əlövsət Gülməmmədov saxlanılıb. Keçirilən baxış zamanı onun Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən evinin həyətyanı sahəsindən 77 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb. Faktla bağlı […]