Messi Argentina yığmasından getdi

Argentina millisinin ulduz futbolçusu Lionel Messi milli karyerasını bitirib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalist Ernan Kastilyo məlumat yayıb. Kastilyonun sözlərinə görə, Messi İspaniya ilə final matçından əvvəl komanda yoldaşları qarşısında çıxış edərək, millidə son oyununa çıxdığını bildirib. Qeyd edək ki, futbolçunun finaldan sonrakı planları da məlum olub. Valideynlərinin yaşadığı […]

“Bu qanun investorların hüquqlarının qorunmasına da xidmət edəcək” – İqtisadçı

“”Kraudfandinq haqqında” qanun iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından,  sistemlərindən və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir. Bu mexanizm sayəsində startaplar və kiçik bizneslər alternativ maliyyə mənbəyinə çıxış əldə edəcək. Eyni zamanda, vətəndaşlar da kiçik yığımlarını investisiyaya çevirə biləcəklər. Burada söhbət […]

İspaniyanı gözləyən təhlükə

Yaxın bir neçə gündə İspaniyanın bəzi regionlarında anomal istilər gözlənilir. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Andalusiya, Araqon, Valensiya, Kastiliya-la-Manç, Mursiya və Balearsk adalarından gedir. Bu regionlarda temperaturun 41 dərəcəyə yüksələcəyi, bəzi yerlərdə 45 dərəcəyə çatacağı proqnozlaşdırılır. Bununla əlaqədar adları çəkilən ərazilərdə narıncı təhlükə elan edilib. Bu azmış kimi Afrikadan gələn hava […]

Kəlbəcərdə 39 yaşlı şəxs sursat partlayışı nəticəsində xəsarət alıb

Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində sursat partlayışı hadisəsi baş verib. Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, 1987-ci il təvəllüdlü Qazax rayon sakini İsgəndərov Sərxan Ələsgər oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb. Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycan və Almaniya davamlı su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı artıracaq

Azərbaycan və Almaniya davamlı su ehtiyatlarının idarə olunması kimi qlobal və regional əhəmiyyətli məsələlər üzrə əməkdaşlığın artırılması barədə razılıq əldə edib. Bu barədə iyulun 21-də Berlində imzalanmış Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamədə bildirilir. Sənədə əsasən, iki ölkə arasında İqtisadi və Ticarət Əməkdaşlığı kimi ikitərəfli ticarətin […]

“Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var” – Prezident

Bağlantılarla və tranzit imkanları ilə bağlı da Almaniya–Azərbaycan əməkdaşlığının çox büyük əhəmiyyəti var, çünki Almaniyanın şirkətləri bu istiqamətdə çox büyük uğurlar əldə ediblər. Bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında söyləyib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir və keçən il Mərkəzi Asiya məşvərət formatına tamhüquqlu üzv […]

“Azərbaycanın investisiya proqramı Almaniya şirkətləri üçün yeni imkanlar yarada bilər” – Merts

Azərbaycanın irəli sürdüyü investisiya proqramı Almaniya şirkətləri üçün yeni imkanlar yarada bilər. Xəbər Experti xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib. “Bu gün həmçinin bərpa olunan enerji mənbələrinin inkişafı və hidrogen sahəsində əməkdaşlıq perspektivlərini də müzakirə etdik. Bundan əlavə, Azərbaycanın irəli sürdüyü investisiya proqramı ilə bağlı konstruktiv […]

Dövlət musiqi, incəsənət məktəblərində işləyənlərin sertifikatlaşdırma qaydası təsdiqlənib

Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası təsdiqlənib. Xəbər Experti xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, sertifikatlaşdırmanı Mədəniyyət Nazirliyi təşkil edəcək. Sertifikatlaşdırmanın təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla, 7 üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası iyaradılacaq. Sertifikatlaşdırma […]

Azərbaycanda İtaliya məhsullarının təşviqi ilə bağlı proqram başlayır

İtaliya Ticarət Agentliyi (ITA/ICE) Azərbaycanda orijinal İtaliya qida və içki məhsullarının təşviqinə həsr olunmuş altı aylıq geniş proqramın başladığını elan edir.  Xəbər Experti xəbər verir ki, cari ilin iyul ayından dekabr ayınadək Bakıda həyata keçiriləcək bu təşəbbüs çərçivəsində Made in Italy məhsullarının yüksək keyfiyyətini, orijinallığını və zəngin mədəni irsini nümayiş etdirən maarifləndirici, tanıtım və biznes […]