ARDNF-nin investisiya portfelinin aktivlər üzrə bölgüsü açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin aktivlər üzrə bölgüsündə istiqrazlar və pul bazarı alətlərinin çəkisi 33,8 faiz təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz azdır. Xəbər Experti ARDNF-in 2026-cı ilin yanvar-iyun ayları üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, səhmlərin payı […]

Hindistanda daşqınlarda ölənlərin sayı 41-ə çatıb

Hindistanın Assam əyalətində şiddətli yağışların yaratdığı daşqınlarda ölənlərin sayı artıb.  Xəbər Experti xəbər verir ki, Hindistan mediası son 24 saat ərzində Assamın şimal-şərqindəki daşqınlar səbəbindən daha 10 nəfərin öldüyünü yazıb. Bununla da, Assam əyalətində daşqınlarda ölənlərin sayı 41-ə çatıb. Bildirilib ki, Hindistan ordusu da ştatda davam edən axtarış-xilasetmə işlərinə dəstək verir.

İranda təhlükəsizlik qüvvələri ilə silahlı qrup arasında toqquşma

İranın Pakistanla sərhədində, Sistan və Bəlucistan əyalətinin Cekigur Sərhəd Məntəqəsi ərazisində təhlükəsizlik qüvvələri ilə silahlı qrup arasında toqquşma baş verib.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, toqquşmada iki nəfər həlak olub. İran Təhlükəsizlik Təşkilatının Sərhəd Mühafizəsi Komandanı, briqada generalı Əli Əkbər Cavidan sərhədçilər ilə terror təşkilatı üzvləri arasında baş verən silahlı toqquşmada iki nəfərin həlak […]

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Sabah Biləsuvar rayonunun 7 kəndinin qaz təchizatında fasilə olacaq. Xəbər Experti-in məlumatına görə, iyulun 24-də saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar rayonun Əsgərəbad, Aşağı Cürəli, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Dünya çempionlarına pomidor hədiyyə etdilər

İspaniya millisnin futbolçuları Qabi və Fabian Ruis dünya çempionu olduqlarına görə doğma Las-Palasyos-i-Vilyafranka şəhərində qeyri-adi hədiyyə ilə mükafatlandırılıblar. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, şəhər sakinləri onlara öz çəkiləri qədər pomidor hədiyyə edib. Meriyanın binasında baş tutan mərasimdə əvvəlcə futbolçuları tərəziyə çıxarıblar. Daha sonra isə əyalət ənənələrinə görə hədiyyələr təqdim olunub. Qeyd edək […]

Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib

Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib. Xəbər Experti xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, qəbul prosesinin ilk mərhələsində abituriyentlər iyulun 23-dən avqustun 10-dək portal.edu.az platformasında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçəcəklər. İlqar Bayramlı […]

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

Bakı Dövlət Universiteti (BDU) və Çinin Liaodong Universiteti arasında anlaşma memorandumu imzalanıb. BDU-dan bildirilib ki, memorandumda iki universitetin nəzdində olan fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik […]

Arzum ləqəbli İlduzə Hacıyeva ev dustaqlığına buraxıldı

20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) hansı şərtlərlə ev dustaqlığına buraxılması məlum olub. Xəbər Experti xəbər verir ki, Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini təmin edib. Məhkəmə Arzumun 4 övladı olmasını, onlardan birinin ağır autizm xəstəliyindən əziyyət çəkməsini nəzərə alıb. […]

Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın baş verib

Xəbər Experti xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğındöndürən maşını və şəxsi heyəti cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğının başvermə səbəbi araşdırılır.

AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib

İyulun 22-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.  Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.  Akademik İsa Həbibbəyli Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatının 151 il ərzində şərəfli inkişaf yolu […]