Kanadada məscidə silahlı hücum
Kanadanın Vinnipeq şəhərində silahlı şəxslər məscidə hücum ediblər.
Xəbər Experti xəbər verir ki, bu barədə şəhərdəki Rəhma İslam Mərkəzi məlumat yayıb.
Hadisənin əvvəlki gecə baş verdiyi bildirilib.
Qeyd olunub ki, camaat üzvləri içəridə olarkən iki nəfər məscid binasına maşından atəş açıb, sonra pəncərələri əşya ilə sındıraraq ziyan vurub.
Hücumda ölən və ya yaralanan olmayıb və polis hadisəni “mümkün nifrət cinayəti” kimi araşdırır.










