Abituriyent məsləhət mərkəzləri həftəsonu da fəaliyyət göstərəcək

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi davam edir. Abituriyentlərə dəstək məqsədilə yaradılmış məsləhət mərkəzləri avqustun 15 və 16-da – şənbə və bazar günləri də fəaliyyət göstərəcək. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 19-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiqi ilə […]

Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xəbər Experti xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinə 22 ailə – 102 nəfər köçürülüb. Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına […]

Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edilib

Paytaxt ərazisində avtoxuliqanlıq edən moped sürücüsü həbs edilib. Xəbər Experti DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən Xətai rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək özü və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan mopedin sürücüsü – 23 yaşlı Famil Ağayev müəyyən olunaraq saxlanılıb. Bakı şəhər DYP İdarəsindən bildirilib ki, […]

Hesablama Palatasına yeni səlahiyyət verilib

Hesablama Palatasına yeni səlahiyyət verilir. Xəbər Experti-nin xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Hesablama Palatası haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, Hesablama Palatası Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara da rəy verəcək.

“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub

Kiyev “Dinamo”su UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a uduzaraq avrokuboklarla vidalaşıb və tarixi antirekorda imza atıb. Paytaxt klubu ilk oyunda 1:0 hesabı ilə qalib gəlsə də, Bakıda 0:2 hesabı ilə məğlub olub. Xəbər Experti Ukrayna mediasına istinadən xəbər verir ki, “Dinamo” sonuncu dəfə bu qədər erkən mərhələdə 2005/06 mövsümündə avrokuboklardan kənar qalmışdı. Həmin vaxt […]

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisindəTransformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Məmməd Rəhim, […]

Niderlandda güclü partlayış olub – itki var

Dünən Niderlandın Rotterdam portunda güclü partlayış baş verib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. Olay “Gunvor” energetika kompaniyasının müəssisələrinin birində təmir zamanı yaşanıb. Qeyd edək ki, hadisə yerində xilasedicilər işləyir. Partlayışın dəqiq səbəbləri araşdırılır. Yaralıların tam sayı da bəlli deyil.

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib. Xəbər Experti-nin xəbərinə görə, Prezident İlham Əliyev qanunun tətbiqi barədə Fərman imzalayıb. Qanun 6 fəsildən, 27 maddədən ibarətdir. Qanuna əsasən, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi ( Reyestr) yaradılacaq. Reyestr seleksiya nailiyyətləri (sortlar və hibridlər, cinslər), qeydiyyata alınmış toxum əməliyyatçıları, seleksiya […]

İspaniyada meşə yanğınları, daha 1100 nəfər təxliyə olundu

İspaniyada meşə yanğınları davam edir. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Uelva və Ueska əyalətlərində yeni yanğın ocaqlarına görə 1100-dən çox yerli sakin təxliyə olunub. Təhlükəli ərazilərdən çıxarılanların 681-i Ueska, 477-i isə Uelvanın payına düşüb. Bundan başqa Ueskada 31 min, Uelvada isə 6 min hektara yaxın yaşıl sahə külə dönüb. Qeyd edək ki, […]

Zimbabvedə bərənin aşması nəticəsində ölü sayı 44-ə çatdı

Dünən Kariba gölündə sərnişin bərəsinin aşması nəticəsində ölü sayı 44-ə çatıb. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, 27 nəfər itkin düşüb. Başqa bir mənbənin məlumatına görə, itkin düşənlərin sayı 70-dən çoxdur. 80-ə yaxın sərnişin xilas edilib. Qeyri-dəqiqliyin səbəbi bərədəkilərin sayının bəlli olmamasıdır. Belə ki, 90 nəfər üçün nəzərdə tutulan bərədə qəza anında 160-a […]