“Qarabağ”ın “Tvente” ilə oyunlarının hakimləri açıqlandı

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib.  Xəbər Experti xəbər verir ki, Enshededə keçiriləcək ilk oyununu albaniyalı hakimlər idarə edəcək. Qarşılaşmanın baş hakimi Yucin Caya olacaq. Ona həmyerliləri Rejdi Avdo və Mario Şazivari kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Emanuela Rusta yerinə yetirəcək. VAR-da italyan Canluka Aureliano, AVAR-da albaniyalı Albert Doda […]

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” Sərhəd Dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Yalama” sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib. Bu barədə Dövlət Xidmətindən məlumat verilib. Komendantlığın açılış mərasimində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin uğurla icra etdirildiyi vurğulanıb. Bildirilib ki, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili, sərhəd bölmələrinin müasir tələblərə uyğun infrastruktura […]

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası tamamlanıb və dəmir yolu ilə sözügedən istiqamətdə sərnişindaşımanın bərpası üçün hazırlıq işlərinə başlanıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, hazırda Xırdalan–Sumqayıt sahəsi üzrə yol infrastrukturuna baxış keçirilir, eyni […]

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 281-ə çatıb

Avqustun 10-da Kolumbiyada baş verən 7.4 bal gücündə zəlzələdən sonra dağıntılar altında qalanların axtarışı üçün xilasetmə işləri davam edir.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Abelardo de la Espriella mətbuat konfransında bildirib. O, axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, lakin ölənlərin sayının artaraq 281-ə çatdığını vurğulayıb. De la Espriella 3971 nəfərin […]

Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb

Avqustun 20-27-si aralığında Kosovonun paytaxtı Priştinada keçiriləcək ağırlıqqaldırma üzrə U-15 Avropa birinciliyində Azərbaycanı 11 idmançı təmsil edəcək. Bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasından (AAF) məlumat verilib. Avropa birinciliyində 8 oğlan və 3 qız idmançı mübarizə aparacaq. Qızların yarışında Şəbnəm Həsənzadə, Nuray Əbilova (hər ikisi 49 kq) və Hənifə Məhərrəmli (61 kq) “körpücük” üzərinə çıxacaqlar. Oğlanların mübarizəsində […]

AYNA: Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib. AYNA-dan verilən məlumata görə, Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bildirilib ki, məhdudiyyət səbəbindən 112, 140, 140E, 141, 144, 146, 182, 340, 446 nömrəli müntəzəm marşrutların hərəkəti Mərdəkan-Qala şosesi, 28 May, Dəmiryolçular, Xəzri və Baba […]

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqondan ibarət, çəkisi 560 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Xəbər Experti xəbər verir ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min ton taxta […]

Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vurulub

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara təqribən 72 min manat məbləğində ziyan vurulub. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Qeyd edilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Vunqtau küçəsi, Sumqayıt şəhəri 4-cü məhəllə və Abşeron rayonu Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara […]

Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb

2026/2027-ci tədris ili üçün respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 848, rus bölməsi […]

Separatçılar Kamerunda 13 mülki şəxsi qaçırıblar

Kamerunun ingilisdilli şimal-qərb bölgəsindəki separatçı qrupun silahlı üzvləri sərnişin avtobusuna hücum ediblər.  Xəbər Experti xarici KİV-ə istinadən istinadən xəbər verir ki, insident Batibo və Mamfe arasındakı magistral yolda baş verib. Silahlı şəxslər sərnişinləri avtobusdan zorla endirib, pullarını və şəxsi əşyalarını oğurlayıblar. Daha sonra hücum edənlər 13 nəfəri zorla meşəlik əraziyə aparıblar. Qaçırılan şəxslərin azad edilməsi […]