Niderlandda güclü partlayış olub – itki var
Dünən Niderlandın Rotterdam portunda güclü partlayış baş verib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb.
Olay “Gunvor” energetika kompaniyasının müəssisələrinin birində təmir zamanı yaşanıb.
Qeyd edək ki, hadisə yerində xilasedicilər işləyir. Partlayışın dəqiq səbəbləri araşdırılır. Yaralıların tam sayı da bəlli deyil.










