Belçikada qazon sulayanlar cərimə olunacaq

Şima kommunasında qazon sulamağa və hovuz doldurmağa görə cərimə tətbiq olunmağa başlayıb. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qaydaları pozanlar 350 avro cərimə ediləcəklər. Ümumiyyətlə, Belçikanın 10 fərqli kommunasında bu tip qadağalar bir müddətdor ki, qüvvədədir. Səbəb isə anomal istilər üzündən su qıtlığının yaranmasıdır. Amma Şimada vəziyyət daha qəlizdir.  Kommuna burqomistri Tanqi Dardennin […]

Azərbaycan–Ermənistan sərhədindən Ordubad istiqamətində ilk 7 km sahədə tikinti işləri aparılır

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Naxçıvan Muxtar Respublikasında dəmir yolu şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir. ADY-dən verilən məlumata görə, 2025-ci ilin sonlarından başlayan layihələndirmə və tikinti işlərinin birinci mərhələsi Salamməlik, Ordubad, Aza və Culfa sahələrini əhatə edir. Hazırda Azərbaycan–Ermənistan sərhədindən Ordubad istiqamətində ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır. Qeyd […]

Cənubi Afrikada mədəndə qəza – 14 nəfər həlak olub

Cənubi Afrikanın Şimal-Qərbində, Rustenburg yaxınlığındakı Nkaneng bölgəsindəki qanunsuz mədəndə qaya uçqunu baş verib.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, uçqun nəticəsində 14 mədənçi həyatını itirib. Onların əksəri Lesoto vətəndaşıdır. Həmçinin 8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Polis və xilasetmə qrupları hadisə yerində işlərini davam etdirir.

Ağdaş heyvan satışı bazarı fəaliyyətə başlayıb

Ağdaş rayonunda yerləşən iri və xırdabuynuzlu heyvan satışı bazarı fəaliyyətini bərpa edib. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, qiymətləndirilmədən sonra müasir baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun yenidən təşkil olunub. Bazarda baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin […]

“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə icra etdiyi “DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb. ƏƏSMN-dən verilən məlumata görə, həmin müəssisələrdə əmək qanunvericiliyinin tətbiqi, əməyin mühafizəsinin təşkili, insan resurslarının idarə edilməsi və elektron altsistemlərdən […]

“Sabah” insidentlə bağlı bəyanat yaydı

“Sabah” klubu ötən gün UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin “Orhus”la cavab matçından (4:0) öncə azarkeşlər arasında baş vermiş insidentə aydınlıq gətirib. Xəbər Experti xəbər verir ki, klubun bəyantında deyilir: “Ötən gün klubumuzun tarixində böyük qələbə və Azərbaycan futbolu üçün mühüm hadisə yaşandı. Komandamızın əldə etdiyi nəticə ilə qürur duyur, bu tarixi gündə bizimlə birlikdə […]

Xocavənd rayonunda mina partlayışı baş verib

Xocavənd rayonunda mina partlayışı baş verib. Xəbər Experti xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində 2026-cı il 12 avqust tarixində mina partlayışı hadisəsi baş verib. Qazax rayon sakini 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan […]

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək. Qeyd edək ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər.

Türkiyədə F-16 qəzaya uğrayı

Türkiyədə F-16 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Xəbər Experti xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə Yalovada baş verib. “Hərbi Hava Qüvvələrimizə məxsus F-16 təyyarələrindən biri Yalovada təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilotumuz katapult edib və sağ qalıb. Qəzanın səbəbi ətraflı araşdırmadan sonra müəyyən ediləcək”, – nazirlik bildirib.

Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib

Bu ilin avqust ayının 1-nə Azərbaycanda qeydiyyatda olan kommersiya qurumlarının sayı 211.595 təşkil edib. Xəbər Experti Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 6,7 faiz çoxdur. Təkcə, 2026-cı ilin iyul ayında 1.257 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86,1 faizi yerli investisiyalı, 13,9 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının […]