Britaniya səfiri Şuşaya gedəcək
Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman azad edilmiş ərazilərə səfər edəcək. Xəbər Experti xəbər ki, bu barədə səfir mətbuat konfransında deyib. O bildirib ki, Şuşaya səfər etməyi planlaşdırır. “Bildiyimə görə, Şuşa çox gözəl yerdir. Əvvəlcə Şuşaya səfəri nəzərdə tuturam, daha sonra digər yerlərə də gedəcəm”, – səfir bildirib.








