Rusiya yenidən Kiyevə dronlarla hücum edib
Rusiya bu gün yenidən Kiyevə pilotsuz uçuş aparatları ilə zərbələr endirib, atəş paytaxtda yanğına səbəb olub.
Xəbər Experti xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.
Şəhər meri Vitali Kliçko bildirib ki, dronun qalıqları yaşayış olmayan binanın üzərinə düşüb, yanğın baş verib.
Kliçko əlavə edib ki, artıq hadisə yerinə təcili yardım xidmətləri göndərilir.
Xatırladaq ki, 20 avqust gecəsi Rusiya Kiyev və ətraf bölgəyə genişmiqyaslı hava hücumu həyata keçirib, nəticədə 15 nəfər ölüb.










