İlham Əliyev IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb. Xəbər Experti-nin məlumatına görə, sənədi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub. Mətndə deyilir: “Hörmətli Konfrans iştirakçıları, Sizi “Şəhərlərin bərpası üçün humanitar […]

DİN dövlət qurumlarının adından edilən aldadıcı zənglərlə bağlı çağırış edib

Daxili İşlər Nazirliyi dövlət qurumlarının adından edilən aldadıcı zənglərlə bağlı çağırış edib. Xəbər Experti xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Müraciətdə deyilir ki, kiberdələduzlar tərəfindən müxtəlif dövlət qurumlarının adından vətəndaşlara zəng edilərək bank hesablarında olan pul vəsaitlərinin təhlükəsizliyi bəhanəsi ilə onların digər hesablara köçürülməsi barədə saxta məlumatlar verilir: “Vətəndaşları müxtəlif xarici ölkələrdən dövlət qurumlarının […]

Nepalda ölənlərin sayı 1127-ə çatdı

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1127 nəfərə çatıb. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bu gün Nepal Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda Çitvan, Şərqi Navalparasi, Qərbi Navalparasi, Nuvakot və Qorkha rayonlarında daha çox insan itkisinin olduğu qeyd edilir. Bundan başqa 9 nəfərin cəsədinin Hindistan ərazisində tapıldığı da vurğulanır. 4858 nəfər […]

Goranboyun Nizami kəndi yaxınlığında güclü partlayış baş verib

Hazırda partlayışın səbəbi məlum deyil. Hadisənin təfərrüatları araşdırılır Hazırda yanğının genişlənməsinin qarşısının alınçası və söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Paşinyanın Bişkekdə 31 kilometrlik velosiped gəzintisi

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı üçün Qırğızıstanın paytaxtı Bişkekə səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan, gərgin diplomatik cədvəlinə baxmayaraq, səhər məşqini də unutmayıb.  Xəbər Experti xəbər verir ki, Paşinyan səhər saatlarında Bişkekdə 31 kilometrlik məsafəni velosipedlə qət edib. Bu barədə Emənistanın Baş naziri sosial media hesabında paylaşım edərək səhər velosiped turuna çıxdığını bildirib: […]

“Sabah” braziliyalı futbolçu transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Xəbər Experti xəbər verir ki, bu barədə klub məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi Du Keyros Rusiyanın “Zenit” klubundan icarəyə götürülüb. Müqaviləyə əsasən, 26 yaşlı futbolçu cari mövsümün sonunadək “Sabah”ın üzvü olacaq. Klub icarə müddəti başa çatdıqdan sonra futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir. Qeyd edək ki, Du Keyros karyerası ərzində […]

Bakıda 46 küçədə təmir işləri yekunlaşdırılıb

Bakı şəhərində 46 küçədə təmir işləri yekunlaşdırılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin bütün rayonlarını əhatə edən genişmiqyaslı təmir proqramı icra olunur. Proqram çərçivəsində 111 küçə və prospektin təmiri nəzərdə tutulub. Artıq 46 küçədə işlər yekunlaşıb, ümumilikdə 32 kilometr uzunluğunda yol yenilənib. Hazırda 20 küçədə təmir işləri […]

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri sentyabrın 1-də başa çatıb. Xəbər Experti xəbər verir ki, “Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev yola saldı.

“Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq yeni tribuna quraşdırılıb. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. “City” adlanan yeni tribuna Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumuna malikdir. Tribunanın unikal yerləşməsi azarkeşlərə bolidləri trasın bir-birinə paralel iki […]

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

Böyük siyasətdə təsadüflərə yer yoxdur. İlk baxışdan hətta təsadüfi hesab olunan hadisələr belə zamanla möhtəşəm geosiyasi gedişatın unudulmaz rəmzinə çevrilə bilir. Yalnız nüfuzlu və böyük siyasətçilərə xas olan önəmli keyfiyyətlərindən biri odur ki, onların iştirakı ilə keçirilən istənilən bir tədbirdə yaşanmış hətta kiçik bir epizod zamanla böyük siyasətin işarəsinə çevrilə bilir. Dünya dövlətlərin siyasi təcrübəsinə, […]