#Dünya

Nepalda ölənlərin sayı 1127-ə çatdı

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1127 nəfərə çatıb.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bu gün Nepal Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda Çitvan, Şərqi Navalparasi, Qərbi Navalparasi, Nuvakot və Qorkha rayonlarında daha çox insan itkisinin olduğu qeyd edilir. Bundan başqa 9 nəfərin cəsədinin Hindistan ərazisində tapıldığı da vurğulanır. 4858 nəfər itkin düşmüş hesab olunur.

Yeri gəlmişkən, DİN-in saytında yerləşdirilən digər məlumatda 911 meyitin şəxsiyyətinin hələlik məlum olmadığı bildirilir. 

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir