La-Manş dənizində balıqçı qayığı batıb – 2 nəfər itkin düşüb

Fransa ilə İngiltərə arasında La-Manş dənizində beş nəfəri daşıyan balıqçı qayığı batıb.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İngiltərənin Dənizçilik və Sahil Mühafizəsi Agentliyi məlumat yayıb. Qeyd olunub ki, məlumatdan sonra əraziyə sahil mühafizəsi helikopteri, sabit qanadlı təyyarə və Kral Milli Xilasetmə Qayıqları göndərilib. Qayığın batması nəticəsində iki nəfərin itkin düşdüyü, […]

BƏƏ İranın hücumunu qətiyyətlə pisləyib

“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın ölkəyə pilotsuz təyyarə ilə düşmən hücumunu kəskin şəkildə pisləyir. Bu,  BƏƏ-nin suverenliyinin, təhlükəsizliyinin və sabitliyinin kobud şəkildə pozulması,  vətəndaşların və sakinlərin təhlükəsizliyinə birbaşa təhdid yaradan təhlükəli eskalasiyadır”. Xəbər Experti xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda deyilir.  Bildirilib ki, bu düşmən hücumları təhlükəli eskalasiya, qəbuledilməz təcavüz […]

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib – YENİLƏNİB

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü başa çatıb. *** Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü keçirilir.

Qəzzada ölənlərin sayı 73 454-ə çatıb

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb. Xəbər Experti xəbər verir ki, son 24 saat ərzində 5 mülki şəxs həlak olub, 14 nəfər isə yaralanıb. Bununla da 10 oktyabr 2025-ci ildən, atəşkəs başlayandan etibarən ümumilikdə 1318 nəfər həlak olub, 4375 nəfər isə yaralanıb. Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən […]

Sentyabrın ilk gününün havası açıqlanıb

Azərbaycanda sentybarın 1-də havanın yağışlı keçəcəyi gözlənilir. Xəbər Experti xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq […]

Bişkekdə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilir – YENİLƏNİB

Bişkekdə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilir – YENİLƏNİB Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. xxxx Bir neçə dəqiqə sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq. Bu barədə Xəbər Experti xəbər verir. Qeyd edək ki, Azərbaycan […]

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib. Xəbər Experti xəbər verir ki, “Manas” beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.

4 yaşlı qız quduzluqdan vəfat etdi

Türkiyədə 4 yaşlı qız quduzluqdan vəfat edib. Xəbər Experti Türkiyə mətbuatına istinadən xəbər verir ki, olay Diyarbakırın Sul rayonunda yaşanıb. 4 ay əvvəl küçə pişiyinin uşağın dodağını dişləməsi faciə ilə nəticələnib. Avqustun 10-da N.K-nın valideynləri övladlarının səhhətində problemlərin yarandığını görüb Diyarbakır Uşaq Xəstəlikləri xəstəxanasına müraciət ediblər. 3 gün sonra isə qızda quduzluğun olduğu aşkarlanıb. Müalicə […]