#Dünya

Paşinyanın Bişkekdə 31 kilometrlik velosiped gəzintisi

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı üçün Qırğızıstanın paytaxtı Bişkekə səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan, gərgin diplomatik cədvəlinə baxmayaraq, səhər məşqini də unutmayıb. 

Xəbər Experti xəbər verir ki, Paşinyan səhər saatlarında Bişkekdə 31 kilometrlik məsafəni velosipedlə qət edib.

Bu barədə Emənistanın Baş naziri sosial media hesabında paylaşım edərək səhər velosiped turuna çıxdığını bildirib:

“Bişkekdə günə 31 kilometrlik velosiped turu ilə başladıq”.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir