Hindistanda daşqınlar səbəbindən 17500 nəfər təxliyə edilib

Hindistanın Uttar Pradeş ştatında 26 rayonda güclü yağışlar daşqınlara səbəb olub.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlar səbəbindən 17500 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Bu barədə Uttar Pradeş ştatı hökuməti qərar qəbul edib. Daşqınlar zamanı insan itkisi qeydə alınmayıb.

Azərbaycan Niderlanda yeni səfir təyin edib

Anar Keykavus oğlu Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Xəbər Experti xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, həmin an “payız bərabərliyi” adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam […]

Siqaret qaçaqmalçılığı ilə bağlı axtarışa verilən şəxs Ukraynada tutulub, Azərbaycana ekstradisiya ediləcək

Siqaret qaçaqmalçılığı ilə bağlı beynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya ediləcək. Xəbər Experti xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Tağıyev Ənvər Həsən oğlunun ölkəmizə ekstradisiyası […]

Almaniyada benzinin qiyməti rekord vurdu

Almaniyasa Super E10 markalı benzinin satış qiyməti rekord həddə yüksəlib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, dünən bu markadan olan benzinin 1 litri 2,31 avroya satılıb. Əvvəlki rekord 2022-ci ildə qeydə alınmışdı. Həmin vaxt 1 litr Super E10 markalı benzinin satış qiyməti 2,20 avro təşkil etmişdi. Qiymət artımının 2 əsas səbəbi var. Birincisi, […]

“YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları Çanaqqalaya gedib

“YAŞAT” Fondunun təşkilatçılığı və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin dəvəti ilə Çanaqqala şəhərində şəhid övladları üçün “Bir dastan, bir nəsil” mövzusunda layihə keçirilir. Bu barədə Fondan məlumat verilib. Bildirilib ki, 1–7 sentyabr tarixini əhatə edən layihədə 17–18 yaşlı 26 şəhid övladı iştirak edir. Əsas məqsəd psixoloji dayanıqlığın və şəxsi inkişafın dəstəklənməsi, asudə vaxtın […]

Azərbaycanlı jurnalistlər i24NEWS kanalında olublar

Azərbaycandan olan bir qrup jurnalist İsrailə media-tur çərçivəsində i24NEWS kanalında olublar. Xəbər Experti 525-ə istinadən xəbər verir ki, jurnalistlər kanalın fəaliyyəti, proqramları, studiyaları ilə yaxından tanış olublar. Məlumat verilib ki, kanal dörd dildə ivrit, ingilis, ərəb və fransız dillərdə 24 saatlıq xəbər yayımı, reportajlar, müsahibələr, siyasi və geosiyasi analizlərlə bütün dünyaya yayımlanır. Yaxın Şərq, beynəlxalq […]

Pakistan ordusu 36 saatlıq əməliyyat keçirib – 15 hərbçi zərərsizləşdirilib

Təhlükəsizlik qüvvələri Pakistanın Əfqanıstanla həmsərhəd olan Şimali Vəziristan bölgəsində 36 saatlıq əməliyyat keçirib.  Xəbər Experti xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin Media İctimaiyyətlə Əlaqələr Bölməsinin (ISPR) sosial media hesabında edilən paylaşımda bildirilib. Qeyd olunub ki, əməliyyat zamanı Hindistan tərəfindən dəstəklənən 15 hərbçi zərərsizləşdirilib, həmçinin çoxlu sayda silah və sursat müsadirə edilib.

Kadi Borges 3 oyunluq cəzalanıb

“Qarabağ”ın futbolçusu Kadi Borges 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb. Xəbər Experti xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Braziliyalı futbolçu Azərbaycan Premyer Liqasının III turunda baş tutan “Sumqayıt” – “Qarabağ” qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb. Bununla yanaşı, […]

Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan Seneqal Respublikasının dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diantenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Bu barədə ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, nümayəndə heyəti əvvəlcə DOST Agentliyinin 1 saylı DOST Mərkəzi ilə tanış olub. Əmək və əhalinin sosial […]