Azərbaycanlı jurnalistlər i24NEWS kanalında olublar
Azərbaycandan olan bir qrup jurnalist İsrailə media-tur çərçivəsində i24NEWS kanalında olublar.
Xəbər Experti 525-ə istinadən xəbər verir ki, jurnalistlər kanalın fəaliyyəti, proqramları, studiyaları ilə yaxından tanış olublar.
Məlumat verilib ki, kanal dörd dildə ivrit, ingilis, ərəb və fransız dillərdə 24 saatlıq xəbər yayımı, reportajlar, müsahibələr, siyasi və geosiyasi analizlərlə bütün dünyaya yayımlanır. Yaxın Şərq, beynəlxalq siyasət, diplomatiya, təhlükəsizlik, münaqişələr, texnologiya və digər qlobal mövzuları əhatə edir. Kanalın öz proqramlarında İsrail və region xəbərləri ilə yanaşı, beynəlxalq siyasət və geosiyasətə də geniş yer verilir.
Kanalın hazırkı rəhbər heyətində Frank Melloul i24NEWS-in sədri, Ronit Ganun Amit isə baş direktor kimi göstərilir. Onlar jurnalistlərlə gprüşdə onları maraqlandıran sualları cavablandırıblar.








