#Futbol

Kadi Borges 3 oyunluq cəzalanıb

“Qarabağ”ın futbolçusu Kadi Borges 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb.

Xəbər Experti xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Braziliyalı futbolçu Azərbaycan Premyer Liqasının III turunda baş tutan “Sumqayıt” – “Qarabağ” qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb. Bununla yanaşı, Ağdam təmsilçisi 3000 manat cərimə olunub. Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib.

Həmçinin sözügedən matçda azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə “Sumqayıt” klubu 5000 manat cərimələnib.

III turun “Zirə” – “Neftçi” matçının 70-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra cəzalanan “Neftçi”nin futbolçusu Elvin Bədəlov 1 oyunluq cəzaya məruz qalıb, paytaxt klubu isə 500 manat cərimələnib. Həmin görüşün 80-ci dəqiqəsində azarkeşlərin meydana kənar əşya atması səbəbindən “Neftçi” daha 2000 manat cərimə edilib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir