Almaniyada benzinin qiyməti rekord vurdu
Almaniyasa Super E10 markalı benzinin satış qiyməti rekord həddə yüksəlib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, dünən bu markadan olan benzinin 1 litri 2,31 avroya satılıb.
Əvvəlki rekord 2022-ci ildə qeydə alınmışdı. Həmin vaxt 1 litr Super E10 markalı benzinin satış qiyməti 2,20 avro təşkil etmişdi.
Qiymət artımının 2 əsas səbəbi var. Birincisi, ABŞ və İran arasında baş verən münaqişədir. Məlumdur ki, bu münaqişə dünya bazarında neftin qiymətinin artmasına gətirib çıxarıb. Digər əsas səbəb Reyn çayında suyun səviyyəsinin azalmasıdır. Belə ki, neft məhsullarının böyük hissəsi məhz Reyn çayı vasitəsilə daşınır. Suyun azalması ilə əlaqədar böyük gəmilərin çay vasitəsilə hərəkəti təhlükəli olduğu üçün yerüstü nəqliyyatdan istifadə olunur ki, bu da xərclərin artmasına gətirib çıxarır.
Yeri gəlmişkən, rekord qonşu Niderlandda da qeydə alınıb. Burada yanacaqdoldurma məntəqələrində benzinin 1 litri 2,66 avroya satılır.








