Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndidə növbəti əmək yarmarkası təşkil edəcək. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, yarmarka sentyabrın 11-də saat 10:00-da Xankəndi Ticarət Mərkəzində keçiriləcək. Tədbirdə dövlət və özəl sektoru təmsil edən 25 müəssisə tərəfindən mühəndis, həkim, tibb bacısı, laborant, mühasib-xəzinədar, satıcı-kassir, xidmət rəisi, elektromexanik, elektrik, qaynaqçı, aşpaz, […]








