Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 26 yaşlı V. Cəbrayılov saxlanılıb. Ondan ümumilikdə 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs narkotikləri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində […]

Filippində bərə yandı, 100-ə yaxın sərnişin itkin düşdü

Koron adası yaxınlığında, sahildən 2,2 km məsafədə “MV June Aster” sərnişin bərəsində güclü yanğın baş verib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, dünən axşam saatlarında yaşanan hadisə nəticəsində 5 nəfər həyatını itirib. Filippin sahil mühafizə xidmətinin əməkdaşları dərhal axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Qəza anında bərədə 117 sərnişinin və 17 ekipaj üzvü olub. 42 nəfər […]

Rusiyada məktəbdə yanğın, bina yararsız hala düşdü

Bu gün səhər saatlarında Tümen şəhərindəki 65 saylı orta məktəbdə güclü yanğın baş verib. Xəbər Experti Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Tümen vilayəti Fövqəladə Hallar İdarəsi məlumat yayıb. Yanğının 3,6 kv.metr ərazini əhatə edib. Başqa sözlə, məktəb binasının dam hissəsi tamamilə külə dönüb. Üstəlik, 3-cü mərtəbədəki otaqlara da keçib. Yanğınsöndürənlər bir neçə […]

İrandan Azərbaycana 84 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 84 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Belə ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilmiş mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi […]

İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı dövründə İƏT qətiyyətli mövqe nümayiş etdirib

Azərbaycan daim İƏT-in ardıcıl dəstəyini hiss edib. Xəbər Exxəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmail Uld Şeyx Əhmədə təbrik məktubunda deyilir. Dövlət başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə İƏT qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın […]

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmail Uld Şeyx Əhmədə təbrik məktubu ünvanlayıb. Xəbər Experti xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Baş katib, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Azərbaycan İƏT ilə əməkdaşlığa xüsusi önəm verir və əlaqələrimizin bugünkü səviyyəsi […]

İran Hörmüzün şərqində qadağa zonası tətbiq edir

“İran Hörmüz boğazının şərqində gəmilərin hərəkəti üçün qadağa zonası tətbiq edir”. Xəbər Experti xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Məhəbi bildirib. “Qadağan olunmuş ərazi Çabahar limanından başlayaraq Oman körfəzinin və Ərəb dənizinin müəyyən hissələrinə qədər uzanır”, – o deyib. SEPAH nümayəndəsi əlavə edib ki, həmin ərazidən keçən […]

Suriyada silah və sursat anbarında partlayış: səbəbləri hələ də bəlli deyil

İdlib şəhərində hərbi sursatların saxlandığı anbarda partlayış olması barədə məlumat vermişdik. Xəbər Experti KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin bir neçəsi müdafiə nazirliyinin əməkdaşıdır.  Bundan başqa, xəstəxanaya çatdırılan yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerində xilasetmə işləri aparılır. Amma ara-sıra partlayışlar onların işinə çətinliklərlə yanaşı təhlükə də yaradır. Vətəndaş müharibəsindən qalma sursatın saxlandığı […]

Şəhid övladları üçün təşkil olunan “Bir dastan, bir nəsil” layihəsi yekunlaşıb

“YAŞAT” Fondunun təşkilatçılığı, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin dəvəti və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə şəhid övladları üçün təşkil olunan “Bir dastan, bir nəsil” layihəsi başa çatıb. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, əsas məqsəd psixoloji dayanıqlığın və şəxsi inkişafın […]

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının Xətai və Nizami rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işlərinə sentyabrın 10-u saat 09:00-dan etibarən başlanılacaq. İşlərlə əlaqədar Xətai rayonunun Kazımağa Kərimov küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən, Nizami […]