Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub

Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında ikitərəfli görüş keçirilib. Energetika Nazirliyindən verilən xəbərə görə, görüşdə ortaq tarixə, milli köklərə və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının son illərdə müttəfiqlik səviyyəsinə yüksəlməsinin enerji əməkdaşlığına da yeni məzmun qazandırdığı qeyd olunub. Birgə enerji layihələrinin iki […]

Məleykə Abbaszadə: Monitorinqlərin nəticələri son 10 ildə şagirdlərin savadlılığının artdığını göstərir

Monitorinqlərin nəticələri son 10 ildə şagirdlərin savadlılığının artdığını göstərir. Xəbər Experti xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə təhsil işçilərinin sentyabr konfransında deyib. Onun sözlərinə görə, son 10 ildə aparılan monitorinqlərin nəticələrinə əsasən, hazırda şagirdlərin savadlılığı artıb: “2012-ci ildə bir kənd məktəbində 9-cu siniflər arasında aparılan monitorinqdə oxumağı bilməyən şagirdlərlə rastlaşmışdım. […]

Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib – Böyük Dəbilqə

Azərbaycan cüdoçularının Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək “Böyük Dəbilqə” turnirində rəqibləri müəyyənləşib. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub. Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 11 çəki dərəcəsində 16 cüdoçu (12 kişi, 4 qadın) ilə təmsil olunacaq. Turnirdə 67 ölkədən 504 idmançı (308 kişi, 196 qadın) […]

Azərbaycan və “Huawei” birgə innovasiya mərkəzi yaradılmasını müzakirə edib

Azərbaycan və Çinin “Huawei” şirkəti arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, xüsusilə süni intellekt, data mərkəzləri, 5G və bulud texnologiyaları üzrə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Xəbər Experti xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib. Müzakirələr nazirin “Huawei Technology” şirkətinin baş vitse-prezidenti Filip Qanla […]

AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, AYNA sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 567 nömrəli şəhərətrafı, eləcə də Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Mingəçevir, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat, Sumqayıt-Kürdəmir, Mingəçevir-Gəncə, Gəncə-Yevlax, Yevlax-Gəncə, Lənkəran-Sumqayıt, Balakən-Gəncə, Zaqatala-Gəncə, Salyan-Lənkəran, […]

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədi rayonunda, Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər. “Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri […]

Karapetyan Paşinyanı məhkəməyə verib

“Güclü Ermənistan” partiyasının lideri və iş adamı Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı məhkəmədə iddia qaldırıb. Xəbər Experti xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Karapetyan Paşinyandan ictimai şəkildə üzr istəməsini və 3 milyon dram (təxminən 8 min  dollar) təzminat tələb edir.  Onun başqa bir tələbi isə Paşinyanın bu il mayın […]

Ağstafa, Göygöl, Ağdam və Füzulidə su və kanalizasiya sistemləriylə əlaqədar torpaq alınacaq

Nazirlər kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi haqqında” qərar verib. Xəbər Experti-nin xəbərinə görə, qərara əsasən, Ağstafa, Göygöl, Ağdam və Füzuli rayonlarında (işğaldan azad olunmuş ərazilər istisna olmaqla) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna olan tələbatın ödənilməsi, eləcə də tikili və hidrotexniki qurğuların inşa […]

Binəqədidə evdən 8000 manatlıq məişət və geyim əşyaları oğurlanıb, kirayənişin saxlanılıb

Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 8000 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 21 yaşlı Tofiq Quluzadə müəyyən […]

Berlin NATO-da müdafiə xərclərinin artırılmasında lider olmaq istəyir

“Almaniya müdafiə xərclərini artırmaqda NATO müttəfiqləri arasında lider olmağa çalışır”.  Xəbər Experti xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib. “Deyərdim ki, bütün müttəfiqlər bu məqsədə [müdafiə xərclərini artırmaq] bu və ya digər şəkildə nail olurlar. Bəziləri daha yavaş, digərləri isə daha sürətlidir”, – o, Berlində NATO-nun baş katibi Mark Ruttenin iştirak […]