İmişlidə yeni DOST filialı fəaliyyətə başlayıb

DOST xidmətləri şəbəkəsinin regionlarda genişləndirilməsi tədbirlərinin davamı olaraq, İmişli rayonunda yeni DOST filialı fəaliyyətə başlayıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev burada yaradılmış şəraitlə tanış olub, vətəndaşlara göstərilən xidmətlərin təşkili və […]

“Rusiya ABŞ-ın nizamlanma variantını qəbul edib” – Peskov

“ABŞ-ın təklif etdiyi nizamlanma variantını Rusiya qəbul etdi, lakin Ukrayna tərəfindən rədd edildi”. Xəbər Experti xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Kreml nümayəndəsi qeyd edib ki, amerikalılar hamı üçün məqbul olan nizamlanma variantlarını formalaşdırmaq istəklərində səmimidirlər.“Təklif olunan variantı biz qəbul etdik, lakin ukraynalılar qəbul etmədilər”, – Peskov söyləyib. Onun sözlərinə […]

İraq ABŞ-ın atəşkəslə bağlı İrana mesaj göndərməsini təkzib edib

İraq hakimiyyəti Baş nazir Əli əz-Zeydinin Tehrana səfəri zamanı ABŞ-ın atəşkəs təklifini qarşı tərəfə çatdırdığı və İran rəhbərliyindən rədd cavabı alması barədə məlumatları təkzib edib. Xəbər Experti xəbər verir ki, bu barədə İraq Baş nazirinin mətbuat xidməti açıqlama yayıb. “23 iyul 2026-cı ildə “The New York Times” qəzetində dərc olunmuş məlumatda yer alan iddialar əsassızdır […]

Xocalı və Ağdərə rayonlarına növbəti köç olub

İyulun 24-də Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib. Bu mərhələdə hər iki rayon üzrə ümumilikdə 202 nəfərdən ibarət 53 ailə qayıdıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sakinlərin qarşılanma və mənzillərin açarlarının təqdimat mərasimi Xocalı şəhərində keçirilib. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və […]

Məmməd Musayevlə əlbir olub 100.000 “yedilər”. Vəzifəli şəxslər həbs edildi.

Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus “Aqrarkredit” (Bank olmayan kredit təşkilatı) QSC-dən külli miqdarda kredit götürdüyü üzə çıxıb. Xəbər Experti-nin əldə etdiyi özəl məlumata görə, qanun pozuntusu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib. Əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in […]

Azərbaycan Türkiyəyə yeni səfir təyin edib

Azərbaycan Türkiyəyə yeni səfir təyin edib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Siciliyada meşə yanğını – 1 ölü

İtaliyanın Siciliya adasında təxminən 6000 yanğınsöndürən və mülki müdafiə heyəti alovlarla mübarizə aparır. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Aqrigento yaxınlığındakı Santo Stefano di Quisquina şəhəri üçün təhlükə yaradan meşə yanğını səbəbindən ehtiyat tədbiri olaraq 100-dən çox insan evlərindən təxliyə edilib. Yanğınla mübarizə zamanı San Kataldo şəhərində 59 yaşlı yanğınsöndürən həlak olub. Siciliyadan […]

Sabahın hava proqnozu

İyulun 25-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % . […]

Ançelotti imtina etdi, Qvardiola şərt qoydu

Futbol üzrə Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti İtaliya yığmasını çalışdırmaq təklifini rədd edib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, onun daha sərfəli təklifi geri çevirməsinə səbəb Braziliya ilə müqaviləsinin olması və işini yarımçıq qoymaq istəməməsidir. “Globo” nəşrinin məlumatına görə, Ancelottidən əli üzülən İtaliya Futbol Federasiyası digər tanınmış məşqçi Xosep Qvardiolaya təklif göndərib. […]

Bakıda iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb

Bakı şəhəri, Xəzər rayonu, Binə Savxoz ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 08:00 radələrindən etibarən 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub və […]