#Ölkə

İraq ABŞ-ın atəşkəslə bağlı İrana mesaj göndərməsini təkzib edib

İraq hakimiyyəti Baş nazir Əli əz-Zeydinin Tehrana səfəri zamanı ABŞ-ın atəşkəs təklifini qarşı tərəfə çatdırdığı və İran rəhbərliyindən rədd cavabı alması barədə məlumatları təkzib edib.

Xəbər Experti xəbər verir ki, bu barədə İraq Baş nazirinin mətbuat xidməti açıqlama yayıb.

“23 iyul 2026-cı ildə “The New York Times” qəzetində dərc olunmuş məlumatda yer alan iddialar əsassızdır və həqiqətə uyğun deyil. Biz medianı dəqiq olmağa, rəsmi mənbələrə etibar etməyə, təsdiqlənməmiş və ya naməlum mənbələrə aid edilən informasiyaları yaymamağa çağırırıq”, – açıqlamada vurğulanıb.

Daha əvvəl “The New York Times” qəzeti mənbələrə istinadən yazıb ki, Tehran İraq Baş naziri tərəfindən çatdırılan Vaşinqtonun atəşkəs təklifini rədd edib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir