Bakı–Quba yolunda avtomobil piyadanı vuraraq öldürüb

Daha bir piyada ehtiyatsızlığı ölümlə nəticələnib. Xəbər Experti xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, iyulun 23-də saat 14:00 radələrində Bakı–Quba avtomobil yolunun 53-cü kilometrliyində “VAZ-11173” markalı avtomobil yolu müəyyən edilməmiş yerdən keçməyə cəhd göstərən piyadanı vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib. “Baş Dövlət Yol Polisi İdarəsi […]

Yurgen Kloppla müqavilə imzalandı

Almaniya Futbol İttifaqı (DFB) millinin yeni baş məşqçisi Yurgen Kloppla müqavilə imzalayıb. Xəbər Experti xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial mediada məlumat yayıb. Kloppun milli komanda ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədə olacaq. Rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir. Xatırladaq ki, Klopp bu vəzifədə 2026-cı il dünya çempionatının 1/16 finalında Paraqvaya […]

Londonda “YAŞAT” yay məktəbi davam edir

“YAŞAT” Fondunun təşkilatçılığı, bp-nin sponsorluğu, Azərbaycan Hava Yollarının tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda dördüncü “YAŞAT” yay məktəbi davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 19 iyul–2 avqust tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində keçirilir. Proqramın məqsədi şəhid övladlarının ingilis […]

ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb

Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılması halı qeydə alınıb. Xəbər Experti bu barədə ADY-yə istinadən xəbər verir. Məlumata görə, baş verən hadisələr nəticəsində qatarlara maddi ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ciddi təhdid altında qalıb. Bu kimi qanunazidd əməlləri həyata keçirən şəxslər […]

“Qarabağ” – SSKA oyunu heç-heçə yekunlaşdı

Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları başlayıb. Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxıb. Qurban Qurbanovun komandası Bakıda Bolqarıstanın SSKA klubunu qəbul edib. Oyun heç-heçə yekunlaşıb – 0:0. Komandalar iyulun 30-da Sofiyada cavab matçına çıxacaqlar. Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə  “Şerif” (Moldova) – “Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi ilə […]

“Azercell” süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

ŞİRKƏT DATA VƏ SÜNİ İNTELLEKT PLATFORMALARI ÜZRƏ DÜNYA LİDERLƏRİNDƏN BİRİ OLAN “STARBURST” İLƏ ƏMƏKDAŞLIQ EDİR Uzunmüddətli rəqəmsal transformasiya strategiyasını ardıcıl şəkildə həyata keçirən “Azercell Telecom” MMC süni intellekt sahəsində imkanlarını genişləndirmək məqsədilə aparıcı qlobal texnologiya şirkətləri ilə əməkdaşlığını davam etdirir. Bu istiqamətdə şirkət data və süni intellekt platformaları üzrə dünya liderlərindən biri olan “Starburst” ilə […]

Cəbrayıl rayonunda mina partlayıb, 1 nəfər xəsarət alıb

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində 2026-cı il 23 iyul tarixində mina partlayışı hadisəsi baş verib. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirilib ki, 1979-cu il təvəllüdlü Cəbrayıl rayonu Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan […]

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

23 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevi qəbul edib. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Görüş zamanı, Azərbaycan ilə Rusiya arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq, COP məsələləri, habelə qarşılıqlı maraq […]

Azərbaycan millisinin heyəti açqlandı

15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası iyulun 24-dən 31-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək. Xəbər Experti xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.  U-15 millisinə dəvət edilən futbolçular isə aşağıdakılardır:  Mədinə Şükürlu, Safiya Cəfərova, Gülay Allahverdiyeva, Zəhra Nəcəfli, Zeynəb Tanrıverdiyeva, Banu Sadiqova, Yasmin İsazadə, Zəhra Əkbərli, Sara Qaribova (hamısı “Neftçi”), Çiçək […]

Ağdam Sənaye Parkının rezidenti tərəfindən Qazaxıstana 8 min cüt xüsusi işçi ayaqqabısı ixrac edilib

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında fəaliyyət göstərən “BAFCO İnvest” MMC 2026-cı ilin ilk yarısında Qazaxıstana 8 min cüt xüsusi təyinatlı işçi ayaqqabısı ixrac edib. İZİA-dan bildirilib ki, müəssisə müxtəlif növ qoruyucu ayaqqabı və poliuretan çəkmələrin istehsalı üzrə ixtisaslaşıb. 2023-cü ilin mart ayında parkın rezidenti kimi qeydiyyata alınan […]