Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 03:04-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.

Bakıdakı güləş üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər açıqlanıb

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Milli Gimnastika Arenasında keçiriləcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov ədaləti qoruyacaqlar. Ümumilikdə dünya çempionatında 68 hakim görüşləri idarə edəcək.

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Azərbaycan Mərkəzi Bankı ilə investisiyaların sığortalanması mexanizmi hazırlanır. Xəbər Experti xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib. Onun sözlərinə görə, əmanətlərin sığortalanması sistemi qarşısında yeni çağırışlar mövcuddur: “Həmin çağırışlardan irəli gələrək yeni sığorta istiqamətlərinin yaradılması nəzərdən keçirilir. Hazırda […]

“ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər” – TÜRKPA

Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Azərbaycana qarşı bir sıra iddiaları özündə əks etdirən düzəlişini Azərbaycan-Ermənistan arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərə biləcək addım kimi qiymətləndirib. Xəbər Experti xəbər verir ki, bu barədə TÜRKPA-nın Baş katibi Ramil Həsənin bəyanatında bildirilib. Qeyd olunub ki, TÜRKPA bu təşəbbüsün Azərbaycan ilə […]

Sabah hava necə olacaq?

İyulun 26-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-75 %, gündüz 40-50 % olacaq. Azərbaycanın rayonlarında […]

“Real”ın 100 milyonluq təklifi rədd edildi 

“Leyptsiq”in hücumçusu Yan Diomandenin transferi uğrunda mübarizə davam edir. Xəbər Experti xəbər verir ki, 19 yaşlı hücumçunu heyətinə qatmaq istəyən klubların sayı getdikcə azalır. Son olaraq “Arsenal” və “Mançester Siti” futbolçunun gələcəyi ilə bağlı planları ilə onu razı sala bilməyib və transfer yarışından geri çəkilib. Bu arada “Leyptsiq” “Real”ın Diomande üçün etdiyi 100 milyon avroluq […]

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində V Milli Yaylaq Festivalının açılış mərasimi olub. Xəbər Experti AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov […]

Laçının füsunkar təbiətinə biganəlik: İstirahət zonasında acınacaqlı mənzərə

İşğaldan azad edildikdən sonra sürətlə bərpa olunan və gözəl təbiəti ilə hər kəsi valeh edən Laçın rayonunda xoşagəlməz mənzərə yaşanır. Xəbər Experti xəbər verir ki, sakinlərin və turistlərin bildirdiyinə görə, rayonun şəlalə ərazisində və gəzinti yerlərində ciddi təmizlik problemi müşahidə olunur. İstirahətə gələn bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından ərazi məişət tullantıları, plastik qablar, şüşə butulkalar və […]

Göygöldə Yaylaq Festivalında çardaq uçdu

Göygöldə keçirlən Milli Yaylaq Festivalında quraşdırılmış çardaq uçaraq ərazidə olan insanların üzərinə aşıb. Xəbər Experti xəbər verir ki, ilkin məlumata görə, xəsarət alanlar var. Əraziyə təcili tibbi yardım briqadaları və aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub. Yaralıya ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırmalara başlanılıb. *** İlkin məlumata görə, 4 nəfər xəsarət alıb. Həmin şəxslər […]

Gürcüstanda elektrik problemi səbəbindən Bakı-Tbilisi qatarı yolda qalıb

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb. Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb. Qeyd edək ki, iyulun 24 və 25-də Gürcüstanda bütün […]