Bakıda güclü külək əsəcək – PROQNOZ
İyulun 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-27° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək. Azərbaycanın […]








