#Ölkə

Laçının füsunkar təbiətinə biganəlik: İstirahət zonasında acınacaqlı mənzərə

İşğaldan azad edildikdən sonra sürətlə bərpa olunan və gözəl təbiəti ilə hər kəsi valeh edən Laçın rayonunda xoşagəlməz mənzərə yaşanır.

Xəbər Experti xəbər verir ki, sakinlərin və turistlərin bildirdiyinə görə, rayonun şəlalə ərazisində və gəzinti yerlərində ciddi təmizlik problemi müşahidə olunur. İstirahətə gələn bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından ərazi məişət tullantıları, plastik qablar, şüşə butulkalar və selofan paketlərlə zibillənib.

Təbiətin qoynunda yaradılan bu acınacaqlı vəziyyət həm ətraf mühitə, həm də Laçının turizm potensialına böyük zərbə vurur.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, ətraf mühitin məişət və ya digər tullantılarla çirkləndirilməsinə görə fiziki şəxslər 50 manatdan 300 manatadək məbləğdə cərimə olunurlar.

 Ərazinin estetik görünüşünü və ekologiyasını korlamaq təbiətə qarşı hörmətsizlikdir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir