Bakıda sərnişin avtobusunda yanğın baş verib
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.








