#Dünya

Macarıstan parlamenti yeni prezidenti seçib

Macarıstan parlamenti dünən keçirilən iclasında ölkənin yeni prezidentini seçib.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Andraş Baka ölkənin yeni prezidenti olub.

199 deputatdan 53-ü iclasda iştirak etməyib. 146 deputatdan 6-ı Bakanın əleyhinə, 140-ı isə lehinə səs verib. Baka prezident seçilmək üçün bütün deputatların 2/3-nin etimadını qazanmalı idi və 140 səs onun prezident seçilməsi üçün yetərli olub.

Qeyd edək ki, Andraş Baka 2009-2011-ci illərdə Macarıstan Ali Məhrəməsinin sədri olub. Sabiq Baş nazir Viktor Orbanın təşəbbüsü ilə həyata keçirilən məhkəmə islahatları nəticəsində vəzifəsindən kənarlaşdırılsa da, Avropa İnsan Hüquqları Məhkəməsi bu qərarı sonradan qanunsuz hesab etmişdi. Yeri gəlmişkən, onun namizədliyi “Tisa” partiyası tərəfindən irəli sürülmüşdü.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir