Sifarişli qətlə görə beynəlxalq axtarışa verilən şəxs Moldovadan Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Belə ki, Samux […]








