Qəbələdə ilk dəfə “GabalaFest” keçiriləcək
29 iyul-3 avqust tarixlərində Qəbələdə ilk dəfə “GabalaFest” keçiriləcək. Xəbər Experti xəbər verir ki, musiqini, incəsənəti, mədəniyyəti və yaradıcılığı bir araya gətirən festival çərçivəsində konsertlər, beynəlxalq sərgilər, kitab yarmarkası, sənət və əl işləri nümayişləri, ustad dərsləri, interaktiv proqramlar, qastronomiya məkanları və müxtəlif mədəni layihələr təşkil olunacaq. “GabalaFest”in əsas istiqamətlərindən birini XV Qəbələ Beynəlxalq Musiqi Festivalı […]








