#İdman

Azərbaycan güləşçisi finalda uduzdu

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında final görüşünə çıxıb.

Xəbər Experti xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı həlledici qarşılaşmada iranlı Alireza Hassan Rezaeiyə uduzaraq (1:2) gümüş medalla kifayətlənib.

Qeyd edək ki. bu gün Azərbaycan güləşçilərindən Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc medal qazanıb. 

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir