Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Ukraynanın səlahiyyətli orqanlarına ünvanlanmış ekstradisiya sorğusu və beynəlxalq müqavilələrin tələblərinə uyğun təqdim edilmiş sənədlər əsasında İsmayılov Əlağa Məzahir oğlunun Azərbaycan Respublikasına ekstradisiyası barədə qərar qəbul edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bununla da son bir il ərzində Ukrayna ərazisində müəyyən edilərək Azərbaycan Respublikasına təhvil verilməsi […]








