Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqladı
Sergen Yalçın Türkiyə millisinin yeni baş məşqçisi olduğunu açıqlayıb.
Xəbər Experti xəbər verir ki, türkiyəli mütəxəssis “Kafa Sports”un “YouTube” kanalında çıxışı zamanı milli komanda ilə razılığa gəldiyini açıqlayıb.
“Hamımız üçün xeyirli olsun. Ölkəmizə xeyirli olsun. Bu, çox vacib vəzifədir. Son 2-3 gündə bununla bağlı mühüm hadisələr baş verdi. Mənim üçün də qürur və xoşbəxtlikdir. Onsuz da bu təklifə yox demək imkanımız yoxdur. Ümid edirəm ki, hamının dəstəyi ilə bizi uğurlu bir yol gözləyir”.
O, Türkiyə Futbol Federasiyası ilə 4 illik müqavilə imzaladığını bildirib.
Hələlik federasiya bununla əlaqədar rəsmi açıqlama verməyib.









