#Ölkə

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.

Bu barədə komitədən məlumat verilib.

Bildirilib ki, tədbirdə komitənin rəhbər şəxsləri və əməkdaşları, komitə yanında İctimai Şuranın üzvləri, Qarabağ müharibəsi veteranları, şəhid ailəsi üzvləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbənin xalqın qəhrəmanlıq tarixində xüsusi yer tutduğunu vurğulayıb.

O, qələbəyə şəxsi töhfə vermiş hər bir müharibə iştirakçısının və veteranın yüksək hörmət və ehtirama layiq olduğunu qeyd edib. Məcburi köçkün ailələrdən olan gənclərin öz ata-baba torpaqlarının işğaldan azad edilməsində fədakarlıq göstərdikləri qürur hissi ilə vurğulanıb.

Məcburi köçkünlərin doğma qayıdışa bağladıqları ümidlərin artıq doğrulduğu, eyni zamanda, Prezident İlham Əliyevin onlara daim diqqət və qayğı göstərdiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan vətəndaşların yaşayış, sağlamlıq, təhsil, mədəni inkişaf məsələlərinin həllinə xüsusi dəstək verdiyi minnətdarlıqla xatırladılıb.

Tədbirdə I Qarabağ müharibəsinin veteranları Babək Aslanov, Rey Kərimoğlu, Fuad Salahov, Ədalət Məmmədov, Səbuhi Hüseynov, həmçinin Vətən müharibəsi iştirakçıları Amil Əbilov, Nicat Cəlilov, şəhid ailəsinin üzvü Fəridə Cabbarova çıxış edərək Qələbəni təmin edən mühüm amillərdən bəhs edib, dövlət başçısının qətiyyəti və misilsiz diplomatik fəaliyyəti, ordunun peşəkarlığı sayəsində qazanılan şanlı zəfərin xalqın tarixinə qızıl hərflərlə yazıldığını deyiblər.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir