#Dünya

Nyu-Yorkda evdə yanğın – 6 nəfər həlak olub

Nyu-Yorkun Bruklin şəhərində iki mərtəbəli evdə güclü yanğın baş verib.

Xəbər Experti xəbər verir ki, bu barədə Nyu-York Yanğından Mühafizə İdarəsi məlumat yayıb.

Açıqlamada yanğının Bruklinin Sanset Park məhəlləsindəki iki mərtəbəli evdə gecə saatlarında baş verdiyi bildirilib.

200-dən çox yanğınsöndürən hadisə yerinə gəlib və üç saatdan sonra yanğın nəzarət altına alınıb.

Hadisə nəticəsində üç yanğınsöndürən də daxil olmaqla altı nəfərin öldüyü, yeddi nəfərin isə yaralandığı qeyd olunub.

Hazırda yanğının səbəbi araşdırılır.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir