#Dünya

Hörmüz boğazında daha iki tanker minaya düşüb

Hörmüz boğazından keçərkən daha iki neft tanker minaya düşüb. 

Xəbər Experti xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu məlumat yayıb.

Bildirilib ki, minaya düşdükdən sonra hər iki tankerdə yanğın baş verib.

Açıqlamada əlavə edilib ki, ABŞ tərəfindən hazırlanmış iki kamikaze dronu bölgədə elektron müharibə sistemlərindən istifadə edilərək təhlükəsiz şəkildə vurulub.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir