#Ölkə

Elbrus dağında qar fırtınası – 5 alpinist həyatını itirdi

Rusiyanın Elbrus dağında şiddətli qar fırtınası və güclü külək səbəbindən beş bosniyalı alpinist həlak olub.

Xəbər Experti xəbər verir ki, bu barədə Bosniya və Hersoqovina mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, həlak olan 5 alpinistdən hələlik yalnız ikisinin cəsədi tapılıb. Rusiya axtarış-xilasetmə qrupları bölgədə fəaliyyətini davam etdirir.

Bosniya və Herseqovina Prezident Aparatının sədri Denis Beçiroviç ​həlak olan alpinistlərin ailələrinə başsağlığı verib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir