Bu il Dövlət Maliyyə Nəzarəti Xidməti 83 təşkilatda nəzarət tədbirlərini başa çatdırıb
Bu ilin yanvar-iyun aylarında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 83 təşkilatda nəzarət tədbirləri başa çatdırılıb.
Bu barədə Xəbər Experti Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.
Belə ki, nəzarət tədbirləri başa çatdırılmış təşkilatlardan 51-də yoxlamalar hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında, 32-də isə plandankənar yoxlamalar çərçivəsində aparılıb.
Hesabat dövründə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat məbləğində vəsaitin bərpası təmin edilib.










