Türkiyədə təhsil alan həkimlər şəhid ailələlərinə mənəvi dəstək olacaq

“Türkiyə Böyük Millət Məclisində xarici vətəndaş olan həkim və uzmanlarla bağlı qərarın geri qaytarılması çox sevindirici hal idi. Türkiyədə təhsil alan həkim-uzmanlarımız bu məsələnin həllində göstərdikləri xidmətlərə görə minnətdarlıqlarını bildirmişdilər. Onların bir neçəsi artıq yay məzuniyyəti üçün Bakıya gəlib”. Bu barədə qanun layihəsinin geri qaytarılması üçün Türkiyə Böyük Millət Məclisində hakim partiyanın millət vəkilləri ilə […]

Bərdənin üç kəndində qaz olmayacaq

Avqustun 18-də Bərdə rayonunun 3 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 18.08.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Bərdə rayonunun Zümürxan, İmamqulubəyli və Çəmənli kəndlərinin qaz təchizatı dayandırılacaq.

Emin Ağalarov “Sea Breeze” akvaparkında baş vermiş hadisəyə münasibət bildirib

“Sea Breeze”in sahibi və təsisçisi, “Agalarov Development”in prezidenti Emin Ağalarov akvaparkda uşağın ölümü ilə nəticələnən faciəvi insidentə münasibət bildirib. Xəbər Experti xəbər verir ki, E.Ağalarov sosial şəbəkə hesabında bu insidentlə bağlı açıqlama yayıb. “Sea Breeze”dəki akvaparkın ərazisində baş vermiş faciəvi hadisə nəticəsində uşaq həlak olub. “Şəxsən öz adımdan və bütün “Sea Breeze” komandası adından ailəyə […]

Polis Masallıda əməliyyat keçirib – 9 kq narkotik aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib. DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Rəfail İsayev saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı […]

Sabah hava necə olacaq?

Avqustun 16-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın […]

İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb

İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb. DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 40 yaşlı X.Nurməmmədova saxlanılıb. Ondan 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri […]

Suraxanıda mağaza uçub, bir nəfər xəsarət alıb 

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində mağazada uçqun baş verməsi barədə məlumat daxil olub. Bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, mağazanın tavanının uçması nəticəsində […]

Qubada zəlzələ qeydə alınıb

Yerli vaxtla saat 20:56-da Quba rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb. Xəbər Experti xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

Bakı şəhərinin Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, bununla da Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcud zolaqlar birləşdirilib. Ərazidə müvafiq yol nişanları quraşdırılıb. Yaxın günlərdə təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.

ABŞ-da hərbi helikopter qəzaya uğrayıb – 2 pilot ölüb

ABŞ-də Fort Huddan havaya qalxan “AH-64 Apache” helikopteri Salado yaxınlığında qəzaya uğrayıb.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Texasda baş verən qəzada iki pilot həlak olub. Qəzadan sonra ərazidə böyük yanğın baş verib. Hazırda qəzanın səbəbləri araşdırılır.