Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb
Noyabrın 3-də polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbaraatan, 3 qumbara, 1 alışdırıcı və 5 tüfəng aşkar edilərək götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki,qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.








