#Dünya

Nevadada meşə yanğını sürətlə yayılır – 42 min nəfər təxliyə edilir

ABŞ-ın Nevada ştatında güclü küləklər səbəbindən meşə yanğını sürətlə yayılır. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə fövqəladə vəziyyət elan edilib.

Ərazidəki 42 min nəfər üçün təxliyə əmri verilib.

22 avqustda Reno şəhərinin şimal-qərbində başlayan yanğın şiddətlənərək təxminən 60 kvadrat kilometr əraziyə yayılıb. Yanğın hələ də nəzarət altına alınmayıb.

Rəsmilər küləyin istiqamətinin dəyişməsinin alovların yanğınsöndürmə maşınlarının üzərindən keçməsinə səbəb olduğunu və qrupların qaynar nöqtələrə çatmasını çətinləşdirdiyini bildiriblər.

Yanğında 3 təcili yardım işçisi də daxil olmaqla altı nəfər xəsarət alıb və çoxsaylı evlərə ziyan dəyib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir