#Avropa

Avropanı gözləyən daha bir təhlükə

Avropada anomal istilər və meşə yanğınları yeni təhlükəyə yol açıb.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, məhz bu məqamlar 2-ci Dünya Müharibəsindən qalma partlayıcı sursatların aktivləşməsinə səbəb olur.

Artıq Belçika, Almaniya, Niderland və Fransa ərazisində bir neçə güclü partlayış baş verib. Torpağın altında qalan sursat istinin təsirindən aktivləşir. 

Məsələn, Fransada Bordo yaxınlığında meşə yanğınları söndürülərkən 2-ci Dünya Müharibəsindən qalma mərmi anbarı aşkarlanıb. Belçikada

Lyej yaxınlığında isə yerin altında qalmış anbardakı mərmilər partlamağa başlayıb.

Yeri gəlmişkən, bu il anomal istilər üzündən Avropada 34 minə qədər insan həyatını itirib. Onlardan 14 mini Almaniyanın payına düşür.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir