Sahibə Qafarova “Aqaba Prosesi” çərçivəsində Astanada keçirilmiş görüşdə iştirak edib

Noyabrın 6-da Qazaxıstanın paytaxtı Astana şəhərində “Süni intellekt sahəsində təhlükəsizlik” mövzusunda “Aqaba Prosesi” çərçivəsində Mərkəzi Asiya Dövlət Başçılarının Görüşü keçirilib. Xəbər Experti xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildirilib ki, tədbirdə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, İordaniya Kralı II Abdullah bin Əl-Hüseyn, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti […]

Qarabağ Milli Parkının yaradılması hərtərəfli inkişafa yeni təkan verəcək

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcər rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 13514,98 hektar, Şuşa rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 5314,34 hektar və Laçın rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 217,09 hektar […]

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. Xəbər Experti xəbər verir ki, Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən, Zəngilan şəhərində 960 şagird yerlik tam orta ümumtəhsil məktəb binasının layihələndirilməsi və tikintisinə başlanılıb. 2025-ci ildə layihədə konseptual dəyişiklik edilərək, təhsil müəssisəsi Zəngilan […]

Qırğız Prezidenti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Xəbər Experti xəbər verir ki, təbrikdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri, Sizi və Azərbaycan xalqını 8 noyabr – Zəfər Günü münasibətilə təbrik edirəm. Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi […]

Sabah Bakıda intensiv yağış yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Azərbaycanın rayonlarında da müşahidə olunan qeyri-sabit hava şəraitinin noyabrın 10-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli […]

“PeşəFest-2026”ya yekun vurulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “PeşəFest-2026” layihəsinin yekun tədbiri Bakıda təşkil olunub. Xəbər Experti xəbər verir ki, Kristal Zalda “Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçirilən festivalın əsas məqsədi şagird və gənclərin peşə seçiminə dəstək olmaq, onların gələcək karyera istiqamətlərini müəyyənləşdirmələrinə kömək etmək olub. Ölkənin 11 şəhər […]

Prezident və birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Xəbər Experti xəbər verir ki, “Azərsun Holdinq”in müşahidə şurasının sədri Tahir Gözəl dövlətimizin başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisədə […]

Trampla Merts arasında telefon danışığı olub

Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Söhbət zamanı amerikalıların Rusiya tərəfi ilə təmasları da müzakirə olunub.  Xəbər Experti xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius brifinqdə deyib. “Kansler ötən gecə ABŞ prezidenti ilə telefon danışığı aparıb. Almaniya hökuməti ABŞ administrasiyasının apardığı danışıqlar barədə məlumatlandırılıb”, – o […]

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Cümşüdova Aysel İntiqam qızına məxsus süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirib. Agentlikdən bildirilib ki, istehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Məlum olub ki, müəssisə […]

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli və “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında […]