#Dünya

Trampla Merts arasında telefon danışığı olub

Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Söhbət zamanı amerikalıların Rusiya tərəfi ilə təmasları da müzakirə olunub. 

Xəbər Experti xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius brifinqdə deyib.

“Kansler ötən gecə ABŞ prezidenti ilə telefon danışığı aparıb. Almaniya hökuməti ABŞ administrasiyasının apardığı danışıqlar barədə məlumatlandırılıb”, – o bildirib.

Kornelius deyib ki, Almaniya tərəfi Ukrayna ilə bağlı mövqelərin əlaqələndirilməsi prosesində, o cümlədən “Avropa üçlüyü” (Almaniya, Fransa və Böyük Britaniya) formatı çərçivəsində iştirak edir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir