Limada Zəfər Günü münasibətilə şəhər meriyasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Azərbaycan Respublikasının 8 Noyabr – Zəfər Günü münasibətilə Perunun paytaxtı Limada şəhər meriyasının tarixi binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb. Xəbər Experti xəbər verir ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Limanın tarixi mərkəzində, Silahlar meydanında yerləşən meriya binasının Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması iki ölkə arasında dostluq və həmrəyliyin rəmzi ifadəsidir. Meriya binası […]

Fövqəladə Hallar Nazirliyində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Xəbər Experti xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik […]

6 ildir Zəfərin Qüruru ilə yaşayırıq – DİN

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. Xəbər Experti-nin verdiyi xəbərə əsasən, təbrikdə deyilir: “6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşündə bir liderin qətiyyəti, bir xalqın arzusu və bir ordunun gücü birləşərək 8 Noyabrda Şuşa zirvəsinə yüksəldi. Bu gün azad Qarabağda canlanan həyat var, […]

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir. Qurumdan verilən məlumata görə, xəbərdarlığa əsasən, noyabrın 8-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 9-na kimi davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın […]

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib. Xəbər Experti xəbər verir ki, müraciətdə deyilir: “Hazırda paytaxt ərazisində yağışlı hava şəraiti müşahidə olunur ki, belə hava hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Yağış və çiskin zamanı yol örtüyünün sürüşkən […]

Xətai rayonunda Zəfər konserti keçiriləcək

Noyabrın 7-də Xətai rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil ediləcək. Xəbər Experti xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşacaq konsertdə tanınmış müğənnilər və incəsənət nümayəndələri çıxış edəcəklər. Tədbir saat 17:00-da Xətai rayonunda yerləşən Heydər Əliyev adına İstirahət parkının amfiteatrında keçiriləcək.

Bu, Milli Elmlər Akademiyasının rəhbərliyinə qarşı növbəti təxribatdır

AMEA İctimaiyyətlə əlaqələr şöbəsi açıqlama yaydı Sosial mediada son günlər yayılan xəbərlərdə Ramiz Mehdiyevin vəzifə verəcəyi adamların sırasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəylinin də adı hallanıb. AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsi bu məsələ ilə başlı açıqlama yayıb. Həmin açıqlamanı təqdim edirik. AMEA-nın prezidenti İsa Həbibbəylinin adının Ramiz Mehdiyevin vəzifə verəcəyi adamların sırasında […]

Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir

Azərbaycan Respublikası Media və Yayım Şurasının rəhbərliyi Çinin paytaxtı Pekində keçirilən 7-ci Dünya Media Sammitinin açılış mərasimində iştirak edir. Xəbər Experti xəbər verir ki, “İntellektual dövrdə media: konsensusdan fəaliyyətə” mövzusuna həsr olunan sammit çərçivəsində süni intellektin əlçatanlığının artırılması və dünya mediasının transformasiyası, daha təhlükəsiz dünya naminə media dialoqu və əməkdaşlığı, sivilizasiyalararası ünsiyyətdə süni intellektin rolu, […]

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. Xər Experti xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdə bildirib. “Uzun illər ağır şəraitdə yaşamış köçkünlərin doğma torpaqlara qayıtması hər bir […]

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib. Bu barədə komitədən məlumat verilib. Bildirilib ki, tədbirdə komitənin rəhbər şəxsləri və əməkdaşları, komitə yanında İctimai Şuranın üzvləri, Qarabağ müharibəsi veteranları, şəhid ailəsi üzvləri iştirak ediblər. Dövlət Komitəsinin sədri Rövşən Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun […]