#Dünya

Zelenski sentyabr ayında Trampla görüşəcəyini açıqlayıb 

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında sentyabr ayında görüş baş tuta bilər.

Xəbər Experti xəbər verir ki, bu barədə Prezident Zelenski jurnalistlərə deyib.

Zelenski Ukraynanın “Freya” raket proqramını hazırladığını və bu sahədə ABŞ-ın dəstəyinə ümid etdiyini bildirib.

Onun sözlərinə görə, Kiyev avropalı tərəfdaşları ilə əməkdaşlığı davam etdirir. Lakin hazırda Ukraynaya məhz ABŞ tərəfindən ballistik raketlərin tədarükünə ehtiyac duyur.

Zelenski bu məsələni Donald Trampla görüşdə qaldırmağa ümid edir: “Mən Trampla sentyabrın sonunda görüşməyi gözləyirəm. Bu məsələni qaldıracağam”.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir