#Dünya

Futbol meydanının altında qədim monastır aşkarlandı

Danimarkada arxeoloqlar Roskill şəhərindəki Byuparken parkındakı futbol meydanının altında qədim monastır aşkar ediblər.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, söhbət 13-cü əsrdə inşa edilmiş və 16-cı əsrdə dağıdılmış Müqəddəs Klara monastırından gedir.

Futbol meydanının altında dayanacaq inşa etmək üçün aparılan georadar analizlər orada tikili qalıqlarının olduğunu üzə çıxarıb. Araşdırmalardan sonra qalıqların 500 ildir “itkin düşmüş” Müqəddəs Klara monastırına aid olduğu müəyyənləşib.

Hələ 16-cı əsrdə dağıdılmış və daşlarının bir hissəsi başqa tikililərdə istifadə olunmuş monastırın özülünün, kolonların, kilsəsinin fraqmentləri torpağın 1 metr dərinliyindən başlayaraq qalmaqdadır. Monastırın ərazisinin 70×70 metr olduğu da bəllidir. Alimlər futbol meydanında qazıntılara başlamağı planlaşdırırlar. 

Qeyd edək ki, 1256-cı ildə tikilmiş Müqəddəs Klara monastırı Roksilldə inşa olunmuş bu tip 5 monastırdan sayca dördüncüsüdür.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir