#Dünya

Yunanıstanda fırtına xəbərdarlığı – 9 bölgədə qırmızı həyəcan

Yunanıstana təsir edən güclü yağış və fırtınalar səbəbindən 9 bölgədə ən yüksək hazırlıq səviyyəsi olan qırmızı həyəcan siqnalı tətbiq edilib. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan Mülki Müdafiə Baş Katibliyi məlumat yayılıb.

Qeyd olunub ki, əlverişsiz hava şəraiti səbəbindən 31 oktyabra qədər 9 bölgədə qırmızı həyəcan siqnalı tətbiq edilib. Həyəcan siqnalının Eviya, Frigiya, Beotiya, Sporades adaları, Maqneziya, Larissa, Attika (Afina da daxil olmaqla), Dodekan adaları və Şimali Egey bölgələrini əhatə etdiyi qeyd olunub.

Xüsusilə ölkənin şərq bölgələrində güclü yağış, ildırım və lokal dolu gözlənilir.

Açıqlama yanğınsöndürmə briqadalarının daşqınlara, polis, sahil mühafizəsi və silahlı qüvvələrin isə mümkün müdaxilələr üçün hazır vəziyyətdə olduğu bildirilib.

Vətəndaşlara lazımsız səyahətlərdən çəkinmək və daşqın ərazilərindən uzaq durmaq tövsiyə edilib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir